Anbarlama xidmətləri

“ON-TIME SHIPPING” yüklərinizi dünyanın bir çox nöqtələrindəki anbarlara yerləşdirərək, təyinat məntəqəsinə operativ çatdırılmanı təmin edir. Təklif etdiyimiz anbarlama xidmətləri xərclərinizi kəskin azaldır, obyektlərinizin məhsuldarlığını isə səmərəli şəkildə artırır.

“ON-TIME SHIPPING” şirkəti anbarlama xidmətləri ilə müştərilərin bütün tələblərini ödəyir. Müasir texnologiyaların köməkliyi ilə dünyanın müxtəlif yerlərindəki partnyorlarımızın paylama və saxlama imkanlarını maksimum dərəcədə artırırıq. Etibarlı və təhlükəsiz saxlanclarımızla yükləriniz hər zaman güvəndədir.

Biz sizə çevik, səmərəli və rəqabət qabiliyyətli bir mühitdə öz xidmətlərimizi təklif edirik:

  • Standard və təhlükəli yüklərin saxlanması

  • Malların inventarizasiyası

  • Paletləmə və bükmə

  • Xüsusi qablaşdırma, sənədləşdirmə və etiketləmə

Əsas Üstünlüklər

Xidmətlər
Üstünlüklər

Dəniz yolu ilə daşıma

Uyğun maliyyətli və Ətraf mühitə zərəsiz

Ağır və böyük həcmli zamana-həssas olmayan yüklər üçün maliyyə cəhətdən ən sərfəli daşıma növüdü hesab edilir. Bütün nəqliyyat növləri arasında ətraf mühitə ən zərərsiz daşıma növüdür.

Quru yolu ilə daşıma

Əlçatan və Ekspress

Nəqliyyat sənayesində quru yolu ilə daşımanın ən böyük üstünlüyü, təyinat nöqtəsindən təyinat nöqtəsinə və ya anbardan anbara qədər qapı-qapı xidmətləri təklif etməsidir. Dəmir, hava və ya dəniz yolu ilə əlçatmaz olan qısa məsafələli ərazilər üçün, quru yolu ən sürətli və optimal daşıma həllidir.

Dəmir yolu ilə daşıma

Punktual və Stabil

Digər daşıma növlərindən fərqli olaraq, əksər hallarda, hava şəraitindən asılı olmayaraq öncədən təyin olunmuş qrafikə uyğun hərəkət edir və daşımanın təxirə salınması, tıxac və ya gözləmə halları nadir olur - buna görə də, dəmir yolu ilə daşıma ən punktual daşıma növü hesab edilir. Digər daşıma növlərinə nəzərən, daha az yanacaq sərf etdiyi üçün, qiymət baxımından ən stabil daşıma üsuludur.

Hava yolu ilə daşıma

Sürətli və Təhlükəsiz

Digər daşıma növləri ilə müqayisədə, hava yolu ən sürətli daşıma üsuludur. Zərər riskinin azaldılması: daşıma zamanı malların daha az müddət yolda olması səbəbilə, yüklərin zədələnmə riski çox azdır.

Bizimlə əlaqə