Dəmir yolu ilə daşıma

“ON-TIME SHIPPING” çatdırılma məkanından asılı olmayaraq, istənilən yükün dəmir yolu vasitəsilə daşınmasını təşkil edir. Maksimum dərəcədə operativ və ən etibarlı yükdaşıma növü olan dəmir yolu daşımalarınızı təcrübəli və peşəkar mütəxəssislərimizə əmanət edin.

Dəmir yolu nəqliyyatı ilə daşımalar üzrə mütəxəssislərimiz sizə geniş çeşiddə üstünlüklər qazandıracaq effektiv həllər həyata keçirməyi təklif edir. Peşəkar əməkdaşlarımız ehtiyaclarınızı və yükün xüsusiyyətlərini təhlil edərək, çatdırılma yollarını optimallaşdırıb xərclərinizi qiymətləndirəcək. Etibarlı tərəfdaşlarla əməkdaşlıq sayəsində, sizə çevik qiymət siyasəti təklif edir və yüksək xidmət keyfiyyətini qoruyuruq.

Yük qatarları yükgötürmə qabiliyyətləri çərçivəsində böyük həcmdə yükləri daşımaq potensialına sahibdir, istənilən məsafəni sürətlə qət edirvə sifarişi təhlükəsiz şəkildə çatdırmağa imkan verir. “ON-TIME SHIPPING” mütəxəssisləri sifarişçinin fərdi tələblərini təhlil edib, daşınacaq yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alaq ən optimal həll yolunu təklif edirlər:

  • Vahid yük qatarları ilə daşıma

  • Böyük qabaritli və ağırçəkili daşımalar

  • Sənaye yükləri

  • Təhlükəli yüklər

  • Bulk yüklər

Əsas Üstünlüklər

Xidmətlər
Üstünlüklər

Dəniz yolu ilə daşıma

Uyğun maliyyətli və Ətraf mühitə zərərsiz

Dəniz daşıması ağır və böyük həcmli zamana həssas olmayan yüklər üçün maliyyə cəhətdən ən sərfəli daşıma növü hesab olunur. Bütün nəqliyyat növləri arasında ətraf mühitə ən zərərsiz daşıma növüdür.

Quru yolu ilə daşıma

Əlçatan və Ekspress

Nəqliyyat sənayesində quru yolu ilə daşımanın ən böyük üstünlüyü digər daşımalar ilə əlçatmaz olan ərazilərə qapı-qapı xidmətləri təklif etməsidir. Qısa məsafəli ərazilər üçün quru yolu ən sürətli daşıma növüdür.

Dəmir yolu ilə daşıma

Punktual və Stabil

Digər daşıma növlərindən fərqli olaraq, əksər hallarda hava şəraitindən asılı olmayaraq, öncədən təyin olunmuş qrafikə uyğun hərəkət edir və daşımanın təxirə salınması, tıxac və ya gözləmə kimi halları nadir hallarda baş verir. Buna görə də dəmir yolu ilə daşıma ən punktual daşıma növü hesab olunur. Quru yolu daşımasına nisbətən daha az yanacaq sərf etdiyi üçün qiymət baxımından daha stabil daşıma üsuludur.

Hava yolu ilə daşıma

Sürətli və Təhlükəsiz

Digər daşıma növləri ilə müqayisədə hava yolu ən sürətli daşıma üsuludur. Daşıma zamanı malların daha az müddət yolda olması səbəbilə yüklərin zədələnmə riski çox azdır.

Bizimlə əlaqə