Hava yolu ilə daşıma

“ON-TIME SHIPPING” hava nəqliyyatı ilə yükdaşıma ehtiyaclarınızı tam şəkildə qarşılayır. Hava yolu ilə daşımalar üzrə təcrübəli mütəxəssislərimiz təhlükəli malları, birbaşa və ya birləşdirilmiş daşımaları, kiçik paketlər və böyük yükləri dünyanın istənilən nöqtəsinə sürətlə çatdırır. Şirkətimiz sizin sürətli çatdırılma tələb olunan yüklərinizin heç bir gecikmə olmadan intensiv daşınmasını uğurla həyata keçirir.

Dünyanın dörd bir yanındakı ofis şəbəkəmiz və etibarlı partnyorlarımız vasitəsilə yüklərin istənilən məntəqədən tələb olunan nöqtəyə çatdırılmasına tərəfimizdən zəmanət verilir. Yükünüz sifariş verdikdən dərhal sonra yolun hər addımında izlənməyini təmin edən yükizləmə sisteminə daxil olur. Beləliklə, yükünüzün harada olduğu daim nəzarətinizdə olur.

Peşəkar mütəxəssislərimiz yüklərinizin idarə edilməsində və potensial problemlərin real zaman çərçivəsində həllində hər zaman sizə yaxından köməklik göstərəcək. “ON-TIME SHIPPING” sizə bütün dünyanı əhatə edən daşıma, çatdırılma və ekspedisiya xidmətləri, həmçinin səmərəli çatdırılma servisi təklif edir:

  • Birbaşa və konsolidasiya xidmətləri

  • Qapı-qapı beynəlxalq hava yolu ilə daşımalar

  • Trek və treys

  • Təyyarə çarter xidmətləri

Əsas Üstünlüklər

Xidmətlər
Üstünlüklər

Dəniz yolu ilə daşıma

Uyğun maliyyətli və Ətraf mühitə zərəsiz

Ağır və böyük həcmli zamana-həssas olmayan yüklər üçün maliyyə cəhətdən ən sərfəli daşıma növüdü hesab edilir. Bütün nəqliyyat növləri arasında ətraf mühitə ən zərərsiz daşıma növüdür.

Quru yolu ilə daşıma

Əlçatan və Ekspress

Nəqliyyat sənayesində quru yolu ilə daşımanın ən böyük üstünlüyü, təyinat nöqtəsindən təyinat nöqtəsinə və ya anbardan anbara qədər qapı-qapı xidmətləri təklif etməsidir. Dəmir, hava və ya dəniz yolu ilə əlçatmaz olan qısa məsafələli ərazilər üçün, quru yolu ən sürətli və optimal daşıma həllidir.

Dəmir yolu ilə daşıma

Punktual və Stabil

Digər daşıma növlərindən fərqli olaraq, əksər hallarda, hava şəraitindən asılı olmayaraq öncədən təyin olunmuş qrafikə uyğun hərəkət edir və daşımanın təxirə salınması, tıxac və ya gözləmə halları nadir olur - buna görə də, dəmir yolu ilə daşıma ən punktual daşıma növü hesab edilir. Digər daşıma növlərinə nəzərən, daha az yanacaq sərf etdiyi üçün, qiymət baxımından ən stabil daşıma üsuludur.

Hava yolu ilə daşıma

Sürətli və Təhlükəsiz

Digər daşıma növləri ilə müqayisədə, hava yolu ən sürətli daşıma üsuludur. Zərər riskinin azaldılması: daşıma zamanı malların daha az müddət yolda olması səbəbilə, yüklərin zədələnmə riski çox azdır.

Bizimlə əlaqə