Dəniz yolu ilə daşıma

“ON-TIME SHIPPING” müştərilərin istəklərinə uyğun dəniz yolu daşıma xidməti təklif edir. Dəniz yolu ilə yükdaşımalar üzrə regionda qabaqcıl şirkətlərdən olan “ON-TIME SHIPPING” müştərilərinə etibarlı, səmərəli və effektiv həll yolları hər zaman əlçatandır.

“ON-TIME SHIPPING” lisenziyalı ekspeditor olaraq, dolu konteynerlərinizin, təhlükəli yüklərinizin, LCL (dəniz yolu ilə qruppaj) və ya daha iri qabaritli hər bir layihə yüklərinizin dünyanın istənilən limanına daşınmasını həyata keçirir. Hər zaman yüklərinizin təhlükəsizliyini prioritet seçən mütəxəssislərimiz Trek və treys sistemindən istifadə edərək, sifarişlərinizin harada olmasından asılı olmayaraq, son çatdırılma anına qədər izləyə bilir.

Biz dəniz yolu ilə daşımaların təşkilində müştərilərimizə kömək etməyə hər zaman hazırıq. Dünyanın bir çox nöqtəsindəki peşəkar partnyorlarımız və ofis şəbəkəmizlə bütün dəniz yolu nəqliyyatı ehtiyaclarınızı qarşılamağa zəmanət veririk.

Dəniz yolu ilə daşımalar üzrə aşağıdakı xidmətləri yüksək keyfiyyətdə və səmərəli şəkildə təklif edirik:

  • Tam dolu konteyner yükdaşımaları

  • Dəniz yolu ilə qruppaj yükdaşımaları

  • RORO – avtomobildaşıyan gəmi daşınmaları

  • Soyuduculu konteyner daşımaları

  • Gəmi kirayələmə

Əsas Üstünlüklər

Xidmətlər
Üstünlüklər

Dəniz yolu ilə daşıma

Uyğun maliyyətli və Ətraf mühitə zərərsiz

Dəniz daşıması ağır və böyük həcmli zamana həssas olmayan yüklər üçün maliyyə cəhətdən ən sərfəli daşıma növü hesab olunur. Bütün nəqliyyat növləri arasında ətraf mühitə ən zərərsiz daşıma növüdür.

Quru yolu ilə daşıma

Əlçatan və Ekspress

Nəqliyyat sənayesində quru yolu ilə daşımanın ən böyük üstünlüyü digər daşımalar ilə əlçatmaz olan ərazilərə qapı-qapı xidmətləri təklif etməsidir. Qısa məsafəli ərazilər üçün quru yolu ən sürətli daşıma növüdür.

Dəmir yolu ilə daşıma

Punktual və Stabil

Digər daşıma növlərindən fərqli olaraq, əksər hallarda hava şəraitindən asılı olmayaraq, öncədən təyin olunmuş qrafikə uyğun hərəkət edir və daşımanın təxirə salınması, tıxac və ya gözləmə kimi halları nadir hallarda baş verir. Buna görə də dəmir yolu ilə daşıma ən punktual daşıma növü hesab olunur. Quru yolu daşımasına nisbətən daha az yanacaq sərf etdiyi üçün qiymət baxımından daha stabil daşıma üsuludur.

Hava yolu ilə daşıma

Sürətli və Təhlükəsiz

Digər daşıma növləri ilə müqayisədə hava yolu ən sürətli daşıma üsuludur. Daşıma zamanı malların daha az müddət yolda olması səbəbilə yüklərin zədələnmə riski çox azdır.

Bizimlə əlaqə