Quru yolu ilə daşıma

“ON-TIME SHIPPING” müştərilərə layihə yüklərindən başlayaraq beynəlxalq avtodaşımalara qədər müxtəlif quru nəqliyyatı xidmətləri təklif edir. Etibarlı tərəfdaşlarımızın geniş operatorlar şəbəkəsi sayəsində, hətta ən çətin ərazilərə belə quru nəqliyyatı ilə daşımaları uğurla həyata keçiririk.

“ON-TIME SHIPPING” müştərilərin bütün tələblərini ödəmək üçün daşımaların icrasını nəqliyyatın idarəetmə xidmətləri ilə birləşdirir və daşımalar zamanı yüklərinizin ən optimal marşrutla çatdırılmasını təmin edir.

Sizə beynəlxalq yük daşımalarının avtomobil yolu ilə daha keyfiyyətli, təhlükəsiz və qısa müddətdə daşınmasını təmin edirik. Yüklər dünyanın avtomobil yolları boyunca bir neçə mərhələdə nəql olunur, müştərilərə keyfiyyətli xidmət prinsipi daima əsas götürülür.

Geniş xidmət şəbəkəmiz müştərilərimizə rahatlıq, yüksək səviyyədə xidmət, sürətli çatdırılma, birbaşa və dolayı yolla yaranmış xərclərə qənaət və mürəkkəb prosedurlardan qurtulmaq imkanı verir.

  • Quru yolu ilə beynəlxalq yükdaşıma

  • Tam dolu tır daşımaları

  • Qruppaj daşımaları

  • Qeyri-standard ölçülü daşımalar

  • Temperatur-nəzarətli daşımalar

  • Təhlükəli yüklər

Əsas Üstünlüklər

Xidmətlər
Üstünlüklər

Dəniz yolu ilə daşıma

Uyğun maliyyətli və Ətraf mühitə zərəsiz

Ağır və böyük həcmli zamana-həssas olmayan yüklər üçün maliyyə cəhətdən ən sərfəli daşıma növüdü hesab edilir. Bütün nəqliyyat növləri arasında ətraf mühitə ən zərərsiz daşıma növüdür.

Quru yolu ilə daşıma

Əlçatan və Ekspress

Nəqliyyat sənayesində quru yolu ilə daşımanın ən böyük üstünlüyü, təyinat nöqtəsindən təyinat nöqtəsinə və ya anbardan anbara qədər qapı-qapı xidmətləri təklif etməsidir. Dəmir, hava və ya dəniz yolu ilə əlçatmaz olan qısa məsafələli ərazilər üçün, quru yolu ən sürətli və optimal daşıma həllidir.

Dəmir yolu ilə daşıma

Punktual və Stabil

Digər daşıma növlərindən fərqli olaraq, əksər hallarda, hava şəraitindən asılı olmayaraq öncədən təyin olunmuş qrafikə uyğun hərəkət edir və daşımanın təxirə salınması, tıxac və ya gözləmə halları nadir olur - buna görə də, dəmir yolu ilə daşıma ən punktual daşıma növü hesab edilir. Digər daşıma növlərinə nəzərən, daha az yanacaq sərf etdiyi üçün, qiymət baxımından ən stabil daşıma üsuludur.

Hava yolu ilə daşıma

Sürətli və Təhlükəsiz

Digər daşıma növləri ilə müqayisədə, hava yolu ən sürətli daşıma üsuludur. Zərər riskinin azaldılması: daşıma zamanı malların daha az müddət yolda olması səbəbilə, yüklərin zədələnmə riski çox azdır.

Bizimlə əlaqə